Telman İsmayılov şokolad istehsalına başlayır
09 fevral 2010 19:30 (UTC +04:00)

Telman İsmayılov şokolad istehsalına başlayır

“Mardan Palace”da müştərilərə otelin özünün hazırladığı şokolad verilir


Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Antalyada tikdirdiyi “Mardan Palace” otelində müştərilərə otelin özünün hazırladığı şokolad verilir.


Lent.az-ın “emlakkulisi.com” saytına istinadən verdiyi məlumata görə, bu şokoladlar müştərilər tərəfindən çox bəyənilib, oteldə qalan iş adamları öz ofislərində çalışanlar üçün və dostlarına hədiyyə vermək üçün həmin şokoladdan sifariş veriblər.


Bu sifarişlərin çoxluğunu nəzərə alan “Mardan Palace” bu şokoladların kütləvi istehsalına başlamağı qərara alıb. İlkin mərhələdə, bu ilin ilk yarısında həmin şokoladlar özəl sifarişlər üzrə hazırlanacaq. Gələcəkdə kütləvi istehsal genişlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar