Azərbaycanda ən böyük enerji qəzaları - ARAYIŞ
Bu gün ölkənin enerji təsərrüfatında baş vermiş qəza ikinci belə böyük hadisə kimi tarixə yazıldı
Bu gün saat 11.55-də enerji təsərrüfatında baş vermiş qəza ölkənin böyük bir ərazisini əhatə edib. Hadisə nəticəsində paytaxt Bakı ilə yanaşı, ölkənin qərb, şimal və cənub bölgəsinin, Mərkəzi Aran zonasının elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.
Lent.az-ın məlumatına görə, Bakı şəhərində enerji təchizatı qismən bərpa olunsa da, bir çox rayonlarda problem daha uzun sürüb. Belə ki, Bərdə, Tərtər, Ağdam, Ağcabədi rayonlarında elektrik enerjisinin verilməsi düz 3,5 saatdan sonra çox mümkün olub. Bununla belə, hələ də bəzi bölgələrdə elektrik enerjisi təminatındakı fasilələr aradan qaldırılmayıb.
Enerji qəzası paytaxt Bakıda daha ciddi fəsadlara yol açıb. Belə ki, elektrik enerjisinin verilməsi dayandığından Bakı Metropoliteni təxminən 1 saat ərzində fəaliyyət göstərə bilməyib. Bu müddət ərzində bütün stansiyalarda sərnişinlərlə dolu qatarlar tunellərdə gözləməli olub. Metrodan istifadə etmək istəyən sərnişinlərə təxminən 1 saat ərzində içəri daxil olmağa icazə verilməyib.
Xatırladaq ki, bu, son 10 ildə Azərbaycanda baş verən sayca ikinci böyük enerji qəzasıdır. Analoji hadisə 2001-ci il iyulun 13-də 18.20-də Ağsu rayonunun Gəyəli və Bico kəndləri ərazisindən keçən 330 kilovoltluq I Abşeron və 500 kilovoltluq II Abşeron hava elektrik xətlərinin açılmasın nəticəsində baş vermişdi. Bu isə “Azərbaycan” və “Əli-Bayramlı” DRES-lərində bir neçə enerji blokunun işini dayandırması ilə nəticələnmişdi. O vaxt respublikanın əksər rayonlarının elektrik enerjisi ilə təchizatında 1 saat, paytaxt Bakıda isə təxminən 12 dəqiqə fasilə yaranmışdı. Hadisədən dərhal sonra, elə gecə ikən mərhum eks-prezident Heydər Əliyevin Nazirlər Kabinetinin xüsusi iclasını çağırması da həmin enerji qəzasının ən yaddaqalan olayı kimi xatırlanır.
Bu gün baş verən enerji qəzası isə 2001-ci ildəkindən fasilənin uzun sürməsi ilə fərqlənir. Belə ki, həmin hadisə zamanı ölkənin elektrik enerjisi ilə təminatında yaranmış fasilə maksimum 1 saat olduğu halda, indi bəzi rayonlarda məhdudiyyətlər 3 saatdan çox çəkib. Bu dəfə baş verən enerji qəzası həm də Bakı Metropolitenində daha böyük gərginlik yaratdı.
Yeri gəlmişkən, enerji sistemində baş verən qəza və açılmaları daha geniş və operativ təhlil etmək məqsədilə “Azərenerji” ASC 2007-ci ildə 5 yeni Rusiyadan “AURA-M” tipli mikroprosessor qurğusu alıb. Qəza proseslərinin təhlilində, rele mühafizəsi və avtomatika işlərində böyük rol oynayan bu avadanlıq vasitəsilə sistemdə baş verən qeyri-normal hadisələr xüsusi fotokağıza yazılır, sonra emal olunur. Bu qurğu enerji sistemində baş verən qəzaları dəqiqliklə qeydə almaq imkanına malikdir. Amma görünür, bu qurğular da enerji qəzalarının nəticələrini minimuma endirmək üçün kifayət deyilmiş. Yaxud da bu qurğularla operativ şəkildə işləyə biləcək mütəxəssis yoxdur.
Hazırda bütün ölkə ərazisinin elektrik enerjisi ilə təminatına görə əsas məsuliyyət Azərbaycanda ən iri enerji istehsalçısı olan “Azərenerji” ASC-nin üzərinə düşür. Səhmdar Cəmiyyətin tərkibinə gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 200-dən artıq yarımstansiya daxildir. Bu yarımstansiyalarda mövcud olan transformatorların ümumi gücü 20 000 meqavoltamperdən artıqdır. Bundan başqa, "Mingəçevir", "Varvara", "Şəmkir", "Yenikənd", "Araz" və "Vayxır" daxil olmaqla 6 ədəd su elektrik stansiyası (SES), "Azərbaycan", "Şirvan", "Şimal", "Bakı İEM", "Babək", "Astara", "Şəki", "Xaçmaz", "Naxçıvan" , "Bakı", "Səngəçal", “Şahdağ” və “Sumqayıt” istilik elektrik stansiyaları (İES) da "Azərenerji"yə tabedir. Hazırda "Azərenerji" ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu (gərginliyi 35, 10, 6 və 0,4 kilovolt olan paylayıcı xətlər də daxil olmaqla) 100 000 kilometrdən artıqdır (mənbə www.azerenerji.com).
2006-cı ildən fəaliyyətə başlayan “Sumqayıtelektrikşəbəkə” isə Sumqayıt və Xırdalan şəhərlərini, Bakı şəhərinin Binəqədi və Sabunçu rayonlarının bağ ərazilərini, Abşeron, Qobustan, Xızı, Siyəzən, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarını elektrik enerjisi ilə təchiz edir.
Paytaxtın elektrik enerjisi ilə təminatına görə məsuliyyət daşıyan "Bakıelektrikşəbəkə" ASC də abunəçilərinə payladığı elektrik enerjisini "Azərenerji”dən alır. Səhmdar Cəmiyyətdə bildirirlər ki, bu şəbəkə "Azərenerji"dən gündəlik 4200 meqavat elektrik enerjisi almaq imkanına malikdir. Ancaq faktiki olaraq "Bakıelektrikşəbəkə" öz abunəçilərinə paylamaq üçün "Azərenerji"dən gündəlik maksimum 3000-3200 meqavat elektrik enerjisi alır. Hətta fevralın 7-də bu göstərici 2400 meqavata düşüb. Bu gün isə baş vermiş qəza ilə əlaqədar "Bakıelektrikşəbəkə" orta hesabla 500-600 meqavat elektrik enerjisi alıb. Çünki enerji təsərrüfatında baş vermiş qəza üzündən "Azərenerji"nin "Bakıelektrikşəbəkə"yə lazım olan qədər enerji verməyə gücü çatmır.
Elxan SALAHOV

959