Bakının buz bağlamış yollarına 100 ton qum səpilib
Paytaxtın mərkəzi küçələrində gediş-gəliş açılıb, Ağsu aşırımı da artıq açıqdır
Fevralın 4-dən Bakıda hökm sürən soyuq və şaxtalı hava şəraiti hələ də davam edir. Mərkəzi küçələr qardan təmizlənsə də, Bakıətrafı kənd və qəsəbələrə gedən yolların buz bağlaması nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb. Son iki gündə qarın yağması dayansa da, soyuq şimal küləyi əsməkdə davam edir.
Lent.az-ın məlumatına görə, Bakı Şəhər İcra hakimiyyəti ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin texnikaları yolların qardan və buzdan təmizlənməsinə səfərbər olunub. Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, son 2 gün ərzində paytaxtdaxili yollara 100 tona yaxın qum səpilib. Körpülər və yol qovşaqlarında artıq buz əriməyə başlayıb.
Hazırda yolların qardan və buzdan təmizlənməsi respublika əhəmiyyətli magistral yollarda davam etdirilir. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildiriblər ki, yolların sürüşkən vəziyyətdə olması səbəbindən bölgələrə gedən yollarda avtomobillərin hərəkəti hələ tam normal hala düşməyib. Bu səbəbdən yollarda nəqliyyat qəza hadisələri qeydə alınmaqdadır. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanmış Ağsu aşırımında isə nəqliyyatın hərəkəti bərpa edilib. Belə ki, artıq Ağsu aşırımında yollar qardan və buzdan tam təmizlənib.
Hazırda Dövlət Yol Polis İdarəsi gücləndirilmiş iş rejiminə fəaliyyətini davam etdirir. Ağır texnikalardan köməyi ilə yollardan təmizlənmiş qar və buz yığınları kənar ərazilərə daşınır.
Elxan SALAHOV

928