Azərbaycan ÜTT-yə üzv olmağa çalışır
Mahmud Məmmədquliyev: “Azərbaycan bu təşkilata inkişaf etməkdə olan ölkə statusunda daxil olmalıdır”
Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüklə bağlı xidmətlər sahəsində təkliflər hazırlanıb. Bu təkliflər ABŞ, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya tərəfindən təqdim olunub.
Lent.az-ın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi bu təkliflərə baxıb və yeni təkliflər ikitərəfli əsasda həmin ölkələrə təqdim olunacaq: “Avropa Birliyinin verdiyi suallara da cavablar hazırlanıb. Bu cavablar bir daha nəzərdən keçirilir və yaxın zamanlarda ÜTT-nin katibliyinə təqdim olunacaq”.
Mahmud Məmmədquliyev deyib ki, Azərbaycan tərəfindən mallar üzrə yeni təkliflər hazırlanıb. Bu təkliflər sabah ÜTT-yə daxil olmaq üzrə hökumət komissiyasında müzakirə olunacaq. Onun sözlərinə görə, bu təkliflər qəbul olunsa, onlar da ÜTT katibliyinə təqdim olunacaq.
Nazir müavini vurğulayıb ki, digər sahələrdə, xüsusən qanunvericiliyin ÜTT-nin qanunvericiliyinə, sazişlərinə uyğunlaşdırılması istiqamətində də işlər aparılır. Onun fikrincə, ilin birinci yarısında isə ola bilsin ki, Cenevrədə və başqa paytaxtlarda ikitərəfli iclaslar olacaq. Sonda isə Cenevrədə Azərbaycan üzrə işçi qrupun VIII toplantısı keçiriləcək.
Azərbaycanın ÜTT ilə bağlı razılaşdırılmamış məsələlərə gəlincə, Mahmud Məmmədquliyev deyib ki, hələlik razılaşdırılmamış bir çox məsələlər var: “Biz bu təkliflərin hamısını qəbul edə bilmərik. Bu təkliflər mallar, xidmətlər, kənd təsərrüfatında daxili yardımla bağlıdır. Biz onlarla danışacağıq və çalışacağıq ki, kompromis variantlar tapaq”.
Onun fikrincə, Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə statusla daxil olmalıdır. Hələlik isə təşkilat bu təkliflərlə razılaşmır: “Amma biz çalışacağıq ki, bu məsələdə kompromis tapaq. Biz israr edirik ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və bu statusla da təşkilata üzv qəbul olunmalıdır”.
Elxan SALAHOV

619