Əmanətlərin 31 faizi sığortalanmayıb
Əmanətlərin Sığortalanması Fondu 5 milyon 77 min 670 nəfərin əmanətlərini qoruyur
Fiziki şəxslərin üzv banklarda olan əmanətlərinin yalnız 69 faizi sığortalanıb. 2010-cu ilin 1 yanvar tarixinnədək yanvarın 1-i tarixinə Əmanətlərin Sığortalanması Fondunda qorunan əmanətlərin həcmi 1 milyard 495 milyon təşkil edib.
Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda yerləşdirilən əmanətlərin ümumi həcmi 2 milyard 170 milyon manata bərabərdir. Bu vəsaitlərin 31 faizi və 674 milyon 885 min manatı qorunmayan əmanətlər kateqoriyasına aiddir. Fondda qorunan əmanətçilərin sayı isə 5 milyon 77 min 670 nəfərdir.
Əmanətlərin Sığortalanması Fondu iştirakçı banklardan ötən ilin IV rübündə 711 min manat, 1 milyon 224 min dollar, 158 min Avro məbləğində təqvim haqları toplayıb. İştirakçı bankların fondun reyesterinə daxil olarkən ödədikləri birdəfəlik üzvlük haqları ilə bərabər bütün daxil olan məbləğ 18 milyon 165 min 322 manat təşkil edir.
Xatırladaq ki, 01 yanvar 2009-cu il tarixdən üzv banklarda illik 15 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Məlumat üçün bildirək ki, iştirakçı bankların sayı 42-dir. Hazırda ölkəd 46 bank fəaliyyət göstərir.
Elxan SALAHOV

639