Ötən il 749 hərrac və müsabiqə keçirilib
Torpaq və Xəritəçəkmə Komitəsi nəqliyyatın intellektual idarə edilməsi üçün rəqəmli xəritələr hazırlayır
Ötən il Azərbaycanda bələdiyyə torpaqlarının satılması ilə bağlı 749 hərrac və müsabiqə keçirilib. Hərrac və müsabiqəyə çıxarılmış bütün torpaqların qeydiyyat sənədləri hazırlanaraq qaliblərə təqdim olunub.
Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində keçirilən kollegiya iclasında qurumun sədri Qərib Məmmədov bildirib.
Onun sözlərinə görə, yola saldığımız il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üçün uğurlu il olub. Belə ki, 2009-cu ildə bir sıra mühüm layihələr həyata keçirilib. Məsələn, 267 bələdiyyənin mülkiyyətinə aid torpaqların texniki dövlət torpaq kadastr sənədləri hazırlanıb. Bundan başqa, bələdiyyələrin birləşməsi ilə əlaqədar 1650 bələdiyyəyə yenidən hüququ status verilib.
Qərib Məmmədov torpaq və inzibati ərazilər üzrə xəritə və atlasların hazırlanmasını da ötən il qazanılmış uğurların sırasına daxil edib. Onun sözlərinə görə, ötən bir ildə Bakı şəhərinin turist atlası, Azərbaycan respublikasının kompleks və ekoloji atlası Gürcüstan respublikasının ümumcoğrafi xəritəsi, həmçinin Goranboy, Ucar, Göygöl Göyçay, Tərtər, Qobustan, Abşeron rayonlarının ümumcoğrafi xəritələri tərtib edilərək çap edilib. Bütövlükdə 2009-cu ildə 24 rayon üzrə elektron kadastr xəritələrinin hazırlanması üçün planlaşma işləri aparılıb. Hazırda Bakı şəhərində nəqliyyat əməliyyatının intellektual idarə edilməsi üçün rəqəmli xəritələr hazırlanır.
Komitə sədri vurğulayıb ki, ötən il 19 rayon üzrə 1 milyon 175 min 838 hektar ərazidə şorlaşma, eroziyaya uğrama dərəcələrinin müəyyənləşdirilməsi üzrə müəyyən işlər həyata keçirilib. Həmçinin qaçqın və məcburi köçkünlər üçün bir neçə bölgədə yaşayış yerlərinin tikilməsi üçün torpaq sahələri ayrılıb.
Kollegiya iclasında 2010-cu il üçün komitənin qarşısında duran əsas vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qərib Məmmədov 2009-cu ildə əldə olunan uğurların bu ildə də davam etdirilməsinə hazır olduqlarını bildirib.
Elxan SALAHOV

686