DəmirBank-dan daha bir yenilik
Bank pul köçürmələri üzrə əhali üçün məlumat xidmətini tətbiq etdi
DəmirBank-ın 149 Telefon Məlumat Mərkəzi təcili pul köçürmələri üzrə məlumat xidmətləri göstərməyə başlamışdır. Bu xidmət müştəriyə banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olmasını və müvafiq filialı dəqiqləşdirə bilər.
149 Telefon Məlumat Mərkəzindən bununla bağlı məlumat əldə etmək üçün təcili pul köçürmə sisteminin adı, adına pul köçürməsi göndərilmiş şəxsin adı və soyadı, köçürülən məbləğ və köçürmənin xüsusi kodu bildirilməlidir.
DəmirBank-ın Telefon Məlumat Mərkəzi şəhər telefonu və Azercell nömrələrindən sadəcə 149, Bakcell və Nar Mobile nömrələrindən 012 149 yığmaqla zəng etmək mümkündür.
“Biz pul köçürmələri üzrə yeni inkişaf proqramına uyğun olaraq bir sıra işlər görürük. Əhalinin geniş təbəqəsini əhatə edən pul köçürmələri üzrə görüləcək işlər və hazırda tətbiq edilən məlumat xidməti müştərilərin rahatlığını və məmnunluğunu artıracaq” – Bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirmişdir.
DəmirBank əhaliyə bankda hesab açmadan 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Migom, Contact, Zolotaya Korona, Coinstar sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün Şimşək sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

694