Azərbaycanda tikinti materialları ucuzlaşıb
21 yanvar 2010 15:15 (UTC +04:00)

Azərbaycanda tikinti materialları ucuzlaşıb

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi (“ƏBİ” İB) tikinti materialları bazarında apardığı növbəti monitorinqin nəticələrni açıqlayıb. “ƏBİ” İB-dən Lent.az-a verilən məlumata görə, keçən ilin dekabr ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında 38 adda, 89 çeşiddə tikinti materiallarının qiyməti izlənilib. Araşdırılan məhsullar üzrə Azərbaycanda istehsal olunan malların ümimi istehsalda həcmi 53,9% təşkil edib.

Ümumilikdə dekabr ayında araşdırmaya məruz qalan 89 adda məhsuldan 25-i üzrə qiymət azalması, 2-si üzrə qiymət artımı, 62-si üzrə isə stabillik müşahidə edilib. Qiyməti azalan məhsullar ümumi təklif portfelində əsas çəkiyə sahib olan məhsullar olduğundan bazardakı orta qiymətlərdə də azalma qeydə alınıb. Nəticədə ay ərzində bazarda formalaşan orta qiymətlərdə azalma noyabr ayı ilə müqayisədə 1.9% təşkil edib.
Dekabrda yalnız plastik boru 1.1% bahalaşıb.

Qum 4.5%, çınqıl 7.7%, taxta 7.1%, armatur 1%, künyə 3.2%, boru 10.4%, dəmir təbəqə 2.7%, sink təbəqə 6.9%, dam örtüyü 1.3%, şüşə 1.5%, izolyasiya 1.6%, bitum 10.0%, üzlük daş 7.3%, şüşə pambıq 7.1% ucuzlaşıb.

Digər tikinti materiallarının qiyməti stabil qalıb.

Aparılan araşdırmalar göstərir ki, dekabrda qiymət ucuzlaşmasına uyğun olaraq tələbdə də azalma müşahidə olunub.
Aylıq nəticə isə belədir ki, ay ərzində tikinti materiallarının orta qiyməti 1.9% azalıb. Ümumilikdə isə tikinti materiallarının qiymətində ilin əvvəli ilə müqayisədə 21.1% artım qeydə alınıb. Qiymət indeksi isə ötən aya nisbətən 2.5 bənd azalaraq 126.5 səviyyəsində qərarlaşıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar