Oğuzda sahibkarın sərmayəsini batırırlar – ARAŞDIRMA
İcra Hakimiyyəti quşçuluq təsərrüfatının torpağını əlindən almaq rəsmi qurumlara yalan müraciətlər göndərir
Oğuz rayonunda yerli icra hakimiyyəti orqanları ilə rayonun ən iri sahibkarlıq subyektlərindən olan “Oğuz Repreduktor Quşçuluq” ASC arasındakı torpaq mübahisəsindən hələ ötən ilin yayında yazmışdıq. Amma biz iyul ayında Oğuzda bu məsələni araşdırarkən Rayon İcra Hakimiyyəti və onun müvafiq strukturları Səhmdar Cəmiyyətin yerləşdiyi 99 hektar torpaq sahəsinin bir hissəsini yerli sakinlər arasında bölüşdürmək fikrindən vaz keçmişdi. O vaxt rayonun icra orqanları ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsi və Şəki-Oğuz Regional İdarəsi Rayon İcra Hakimiyyətinin nümayəndələri jurnalistlərin qarşısında torpaq sahəsinin Səhmdar Cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu elan edərək torpaq mübahisəsinə birdəfəlik son qoyulduğunu bildirmişdilər.
Lent.az-ın apardığı araşdırmalarda isə məlum olub ki, əslində problem həll edilməyib. Əksinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yerli və regional şöbələri də əvvəlki mövqeyindən geri çəkilərək Rayon İcra Hakimiyyətinin sahibkarlıq subyektinə qarşı daha sərt tədbirlərə əl atmasına əsas yaradıb. Bu səbəbdən də Oğuz rayonunda fəaliyyət göstərən sahibkarlar Şirin Şuminov, Şumin Şuminov və İlqar Şamilov iki ilə yaxındır ki, bütün güc və imkanlarını müəssisənin inkişafını yox, onun qorunub saxlanılması üçün mübarizəyə sərf etməyə məcburdurlar.
Xatırladaq ki, ümumi torpaq sahəsi 125 hektar olan bu ərazidə əvvəllər quşçuluq təsərrüfatı mövcud olub. Sovet hökumətinin dağılması ilə həmin təsərrüfat tənəzzülə uğrayıb. 2001-ci ildə həmin təsərrüfatın bazasında “Oğuz Reproduktor Quşçuluq” ASC yaradılmış və 2006-cı ildə ölkə başçısının sərəncamı əsasında tam özəlləşdirilib.
125 hektar – 16 hektar – 10 hektar – 56 hektar...
Sahibkar Şirin Şuminov bildirir ki, indi “Oğuz-9” adlanan müəssisənin problemləri 2008-ci ildə Aydın Əlihüseynov Oğuz rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra başlayıb. Belə ki, icra başçısı öz işçilərini və müvafiq idarələrin rəhbərlərini ASC-nin fəaliyyət göstərdiyi Qarabaldır kəndinə göndərərək müəssisənin yerləşdiyi torpaq sahəsini 8-10 kilometr aralıda yerləşən iki kəndin əhalisi arasında bölüşdürmək istəyir. Onun sözlərinə görə, bu qalmaqalda Əmlak Məsələləri Dövlət Komitəsinin yerli şöbəsi və Şəki-Oğuz Regional İdarəsi Rayon İcra Hakimiyyətinin iddialarını qanunsuz hesab edərək torpağın Səhmdar Cəmiyyətdən alınmasının yolverilməz olduğuna dair qərar çıxarıb. Bundan bir ay sonra komitə icra hakimiyyətinin təzyiqi ilə özünün mövqeyini dəyişərək səhmdar cəmiyyətin daimi istifadəsində olan 99 hektardan ibarət torpaq sahəsinin 56 hektarının əhali arasında bölüşdürülməli olduğu qənaətinə gəlib.
Sahibkar bildirir ki, ölkə başçısının 29 mart 2001-ci il tarixli sərəncamına əsasən yaradılmış “Oğuz Repreduktor Quşçuluq” ASC-nin yerləşdiyi torpaq sahəsinin ümumi həcmi 125 hektardır. Bunun 16 hektarı yerli əhali tərəfindən zəbt olunub. Bundan başqa təxminən 10 hektar sahə meşə hissəsidir. Onun sözlərinə görə, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən, Səhmdar Cəmiyyət tam özəlləşdirildiyi üçün onların həmin torpaq sahəsini ilk növbədə satın almaq hüquqi var: “Səhmdar Cəmiyyət bu hüquqdan istifadə etməkdə israrlıdır. Biz daimi istifadəmizdə olan torpaq sahəsini özəlləşdirmək üçün hələ 2008-ci ilin noyabrında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edərək niyyətimizi bildirdik”.
Xatırladaq ki, Səhmdar Cəmiyyət özəlləşdikdən sonra buraya təxminən 1 milyon manat məbləğində sərmayə qoyulub. Həmin vəsait hesabına torpaqlar kol-kosdan təmizlənərək yararlı vəziyyətə gətirilib, bataqlıqlar qurudulub, 7 kilometrdən çox yeraltı suların axıdılması üçün kanallar çəkilib, 10 mindən çox meyvə ağaclarından bağ salınıb.
Bununla belə, sahibkar deyir ki, rayon İcra Hakimiyyəti onların planlaşdırdığı investisiya proqramını tam şəkildə həyata keçirməyə imkan verməyib. Üstəlik, sahibkarın qoyduğu sərmayəni batırmaq üçün müxtəlif vasitələrdən istifadə edilib. Belə ki, o yerli əhalini 5 dəfə sahibkarın üzərinə qaldırıb. Bundan başqa, ən müxtəlif instansiyalarda Səhmdar Cəmiyyətin işgüzar nüfuzumuza ləkə vuraraq onları ictimaiyyətə “ziyarətgahları dağıdan” kimi təqdim edir. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını da 5 dəfə yoxlamaya cəlb edib. Və nəhayət, saxta məlumatlar tərtib edərək Nazirlər Kabinetinin sərəncam verməsinə nail olur.
Ekoloqların zorən yoxlaması
İcra hakimiyyətinin onlara müxtəlif yollarla süni problemlər yaratdığını deyən Şirin Şuminov rayon rəhbərliyini müvafiq qurumlara yalan məlumatlar verməkdə qınayıb. Onun sözlərinə görə, icra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları vasitəsilə “Oğuz Repreduktor Quşçuluq” ASC-də 5 dəfə yoxlamalar aparıb. Həmin yoxlamaların 4-də şöbənin əməkdaşları müəssisənin yerləşdiyi ərazidə heç bir qanun pozuntusu aşkarlanmadığını aktlar və rəylərlə təsdiq ediblər. Sonuncu yoxlama zamanı isə Səhmdar Cəmiyyətin guya, yerin təkindən istifadə qaydalarını pozduğu qeydə alınıb və bu barədə akt tərtib olunub və buna görə müəssisəyə 94 min manat cərimə yazılıb.
Şirin Şuminov bildirib ki, həmin yoxlamaların və qərarın məhz rayon icra hakimiyyətinin başçısının təkidi ilə apardıqlarını şöbənin əməkdaşları şöbənin əməkdaşları da təsdiqləyib: ”Biz qanun pozuntusu sayıla biləcək heç bir hərəkətə yol verməmişik. Sadəcə Səhmdar Cəmiyyətin yerləşdiyi ərazidə bataqlığın qurudulması və yanğından mühafizə zolağının yaradılması üçün kanal çəkmişik. Ona görə də biz bu məsələ ilə bağlı Bakı İqtisad Məhkəməsinə və Apelyasiya Məhkəməsinə şikayət etdik və məhkəmələr iddiamızı təmin etdi”.
Sahibkara qarşı “qara piar” kampaniyası
Bununla belə, icra hakimiyyəti Səhmdar Cəmiyyətin yerləşdiyi torpaq sahəsini sahibkarın əlindən almaq üçün başqa vasitəyə əl atıb. Belə ki, yerli əhali arasında ASC-nin ərazisində olan ziyarətgahın dağıdılması barədə məlumatlar yaymaqla sakinləri sahibkarın əleyhinə qaldırmağa cəhd edilib. Bundan sonra yerli əhali 5 dəfə ASC-nin ərazisinə gətirilərək “ictimai etirazlar” təşkil olunub. Bununla belə, icra hakimiyyətində keçirilən yığıncaqda ziyarətgahın dağıdılması barədə məlumatlar təsdiqini tapmayıb. Belə ki, yığıncaqdan sonra həmin əraziyə baxış keçirən yerli ağsaqqallar ziyarətgahın dağıdılmadığı barədə rəy hazırlayıb. Lakin nədənsə icra hakimiyyəti bu rəyi də əsassız sayaraq özünün tərtib etdiyi sənədlərdə bunun əksini göstərib.
Daha sonra sahibkarları yola gətirmək üçün başqa bəhanə tapılıb. Belə ki, Nazirlər Kabineti Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi ərazilərdə xüsusi mülkiyyətdə olan torpaqlarının əvəzləşdirilməsi qərarına gəlib. Bu qərar özlüyündə diqqətəlayiq olsa da, sahibkar bunu onlara qarşı “əvvəlcədən qurulmuş tələ” olduğunu düşünür. Şirin Şuminov deyir ki, hazırda Oğuz rayonunda dövlət ehtiyat fondunda (DEF) 2986, bələdiyyə ehtiyat fondunda (BEF) isə 1163 hektar torpaq sahəsi var. Lakin su kəmərinin keçdiyi ərazilərdə xüsusi mülkiyyətdə olan torpaqların əvəzləşdirilməsi məhz quşçuluq müəssisəsinin daimi istifadəsində olan və külli miqdarda sərmayə qoyulmaqla çoxillik ağaclar əkilmiş 56 hektar torpaq sahəsi hesabına aparılır.
Maraqlıdır ki, 125 hektar torpaq sahəsinin tam şəkildə “Oğuz Repreduktor Quşçuluq” ASC-nin ayrılmaz hissəsi olduğu müəssisənin baş planında və emissiya prospektində də təsdiqini tapıb. Həmin sənəddə torpaq sahəsinin Səhmdar Cəmiyyətin yerləşdiyi və daimi istifadəsində olduğu göstərilir. Bununla belə, RİH-in qaldırdığı iddiada tam özəlləşdirilmiş Səhmdar Cəmiyyət Nazirlər Kabinetinin tabeçiliyində qalmış “birlik” kimi təqdim edilir. Nazirlər Kabineti isə bu vəsatətə əsaslanaraq, həmin torpaq sahəsinin 56 hektarının Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi ərazilərdə yaşayan kəndlilərin torpaqları əvəzinə verilməsi barədə sərəncam verib.
Ən qəribəsi budur ki, icra hakimiyyəti prezidentin 2001-ci ildə imzaladığı sərəncamla özəlləşdirilmiş müəssisənin yerləşdiyi torpağın 2000-ci ildə Nazirlər Kabinetinin tabeçiliyində olmuş sənədə istinad ediblər. Ancaq rəsmi qurumlar həmin torpaq sahəsinin dövlət ehtiyat fonduna aid olduğunu təsdiq edən sənədləri ortaya çıxara bilmir.
Elə Şirin Şuminov da deyir ki, Səhmdar Cəmiyyətin mülkiyyətindəki torpağın dövlət ehtiyat fonduna daxil edilməsi barədə heç bir sərəncam və qərar yoxdur. Bu səbəbdən də Səhmdar Cəmiyyət məsələnin ədalətli həllinə nail olmaq məqsədilə məhkəməyə müraciət edib: “Biz məhkəmənin ədalətli qərar çıxaracağına ümid edirik. Çünki ölkədə hər şey qanunlara və prezidentin imzaladığı fərman və sərəncamlara bağlıdır. Bizim fəaliyyətimiz və dövlətlə mülkiyyət münasibətlərimiz isə həmin fərman və sərəncamlara əsaslanır və dövlətin qanunları ilə təsdiq olunub”.
İcra hakimiyyətindən FHN-ə şikayət
Yeri gəlmişkən, icra başçısı Aydın Əlihüseynov “Oğuz Repreduktor Quşçuluq” ASC-ni Fövqəladə Hallar Nazirliyinin əli ilə də vurmağa cəhd göstərib. O, həm də müəssisənin 2001-2006-cı il arasındakı fəaliyyətini də Şirin Şuminova bağlamaq istəyir. Halbuki, rəsmi sənədlərdən də göründüyü kimi, Şirin Şuminov 2006-cı ilədək həmin ASC-ni heç tanımayıb və o, indiyədək heç vaxt “Oğuz Repreduktor Quşçuluq” ASC-nin İdarə Heyətinin sədri olmayıb. Üstəlik Səhmdar Cəmiyyət 2007-ci ilədək faktiki olaraq fəaliyyət göstərməyib. Əksinə sovetlər birliyi dağılandan sonra müəssisə xarabalığa çevrilib və bu xarabalığın qalıqları indi də qalır.
Bununla belə, icra başçısının ötən il dekabrın 7-də Fövqəladə Hallar Nazirliyinə ünvanladığı məktubda müəssisənin fəaliyyətə başladığı andan başqa təyinatlar üzrə iş apardığı qeyd olunur: “…Belə ki, mövcud avadanlıqlar, binalar sökülüb, yararsız hala salınmış və satılmışdır. Obyektdə bir bina icazəsiz tikilmişdir. …Vətəndaşlardan daxil olmuş çoxsaylı məlumatlar əsasında məlum olmuşdur ki, “Oğuz Repreduktor Quşçuluq” ASC tərəfindən rayonun Qarabaldır kəndinin yaxınlığındakı ziyarətgaha ziyan vurulmuş, ərazidəki meşənin bəzi ağacları qırılmış, kəndə gedən su kanalına da ziyan vuraraq ətraf yarasız hala salınmış, vətəndaşların əkin torpaqlarına xeyli zərər vurulmuşdur. Müxtəlif qanun pozuntularından cəzalandırılmayan Ş.Şuminov əhaliyə və təbiətə vurulacaq ekoloji ziyanlıq hesablanmadan Qarabaldır kəndinin yaxınlığında kanal qazaraq kənd əhalisinə və ekologiyaya əvəzedilməz zərər vurmuşdur… Əgər nəzərdə tutulan qanunsuz işlər davam etdirilərsə, Qarabaldır kəndi ərazisində torpaqlarda nəmliyin səviyyəsi hədsiz dərəcədə artacaq, meyvə və bəzək ağaclarının tamamilə məhv olmasının, əhali arasında xəstəliklərin artmasının şahidi olacağıq. Bütün bunlar qarşısı alınmaz fövqəladə bir vəziyyətə gətirib çıxaracaq. Göstərilənləri nəzərə alaraq bu qanunsuz əməllər barədə tədbir görməyinizi sizdən xahiş edirik”.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının Oğuza ezam edilməsi ilə icra hakimiyyətinin müraciətdə yazdıqlarının yalan olduğunu üzə çıxarıb. Belə ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Müfəttişliyinin mütəxəssisləri yanvarın 6-da “Oğuz Repreduktor Quşçuluq” ASC-nin yerləşdiyi ərazidə yoxlama aparıb və bu barədə akt tərtib olunub. Beş nəfərlik ekspert qrupunun imzaladığı aktda deyilir ki, “Oğuz Repreduktor Quşçuluq” ASC-nin baş planı əsasında tikililərdə dəyişiklik aparılmayıb. Aktın yekun hissəsi bu cümlələrlə bitir: “Əlavə olaraq, su anbarının üzərində yüngül panellərdən 9x10 sm ölçüdə ofis binası quraşdırılıb. Üçüncü zona adlanan sahədə ofis binasının tam örtüyü təmin olunub və daxildə təmir işləri aparılıb. Həmin zonada anbar və transformator binalarının dam örtüyü təmir edilib. İkinci zona adlanan ərazidə mərkəzi ofis binası təmir olunur. İnkubasiya adlanan ərazidə əsas binanın və transformator binasının dam örtükləri təmir edilib. Ərazidə əlavə tikinti işləri aparılmayıb”.
Beləliklə, Fövqəladə Hallar Nazirliyinin ekspertlərinin bu məsələni yerindəcə araşdıraraq icra başçısının iradlarının haqsız olduğunu üzə çıxarıb. Bu, həm də rayon rəhbərliyinin sahibkara qarşı qaralama kampaniyası apardığını, ona şər atdığını sübut edir. Maraqlıdır ki, həmin aktı imzalayanlardan ikisi elə icra hakimiyyətinin nümayəndələridir. Bunlardan biri bu işə birbaşa məsuliyyət daşıyan Oğuz rayon icra başçısının müavini Etibar Yusubovdur. Görünür, həm də rayon Fövqəladə Hallar Komissiyasının sədri olan icra başçısının müavini nazirliyin rəyini daha dəqiq və etibarlı olduğunu bilərək, ona imza atıb.
İcra hakimiyyəti məhkəmənin qərarını gözləmək istəmir
Oğuz Rayon İcra Hakimiyyətinin torpaq şöbənin müdiri Asim Əzizov Lent.az-a açıqlamasında bildirib ki, icra başçısı ona “Oğuz Repreduktor Quşçuluq” ASC-nin yerləşdiyi torpaq sahəsini 56 hektarını 144 ailə arasında bölməyi tapşırıb. Ancaq bəzi qərar və sərəncamlardakı uyğunsuzluq həmin torpaq sahəsinin bölüşdürülməsində ciddi problemlər yaradıb. Onun sözlərinə görə, indiki halda torpağın daimi olaraq Səhmdar Cəmiyyətin mülkiyyətinə verildiyini, yaxud dövlətə məxsus olduğunu müəyyənləşdirmək çətindir. Bu səbəbdən icra hakimiyyəti ilə sahibkarlar arasında yaranmış torpaq mübahisəsinin tezliklə həll olunacağı inandırıcı görünmür.
“Amma başçı mənə tapşırıb ki, Şirvanlı və Qumlaq kənd sakinlərindən alınmış torpaqları “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətindəki torpaqla əvəzləşdirək. Yaxın vaxtlarda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri Oğuza gələrək torpaqları bölüşdürəcək. Çünki 1 saylı Bakı İqtisad Məhkəməsinin çıxardığı qərar artıq ləğv olunub. Düzdür, Səhmdar Cəmiyyət yenidən məhkəməyə müraciət edib. Amma biz məhkəmənin qərarını gözləmək fikrində deyilik. Biz gözləsək də, camaat gözləmir, onların dolanışığı torpaqdandır” – deyə, şöbə müdiri əlavə edib.
O ki qaldı dövlət və bələdiyyə fondlarında böyük həcmdə torpaqların olduğu halda Səhmdar Cəmiyyətin istifadəsinə verilmiş torpağın əhali arasında bölüşdürülməsinə, Asim Əzizov bunu həmin ərazinin yaxın olması ilə əlaqələndirib. Onun sözlərinə görə, həqiqətən də dövlət və bələdiyyə fondlarında kifayət qədər torpaq sahəsi var. Ancaq həmin torpaqlar Oğuz-Qəbələ-Bakı su kəmərinin keçdiyi kəndlərdən 40 kilometr aralıda yerləşdiyindən icra hakimiyyəti məhz quşçuluq təsərrüfatının torpağını əhali arasında bölməyi daha məqbul hesab edib: “Həmin kəndlərə yaxın yer “Oğuz Repreduktor Quşçuluq”dur. Ona görə də camaata torpağı oradan veririk. Biz əhaliyə torpağı dövlət fondundan da verməyə hazırıq. Amma gərək camaat da buna razı olsun”.
Bununla belə, Şirvanlı və Qumlaq kənd sakinləri onlardan alınmış torpaqların “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətindəki torpaqla əvəzləşdirilməsinə etiraz edirlər. Səbəb isə həmin torpaqların kənddən 8-10 kilometr aralıda yerləşməsidir. Maraqlıdır ki, kənd sakinlərinin “Oğuz Repreduktor Quşçuluq” ASC-nin mülkiyyətindəki torpaqlara sahib olmaq istəmədiyini Asim Əzizov da təsdiqləyir: “Həqiqətən də kənd sakinləri onlara təklif olunan torpaqlara getmək istəmədikləri barədə müvafiq qurumlara müraciət edib. Amma başqa variant yoxdur, çünki dövlət fondunda olan torpaqlar daha uzaq məsafədə yerləşir. Ona görə də biz məhkəmənin qərarını gözləmədən torpaqları əhaliyə paylayacağıq”.
İcra hakimiyyəti məhz quşçuluq təsərrüfatının torpağını bölməkdə israr etməsini həm də sakinlərin gəlir mənbəyindən azad məhrum olması ilə izah edir. İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi müraciətdə bildirilir ki, 56 hektar torpaq sahəsi 144 ailənin yeganə gəlir mənbəyidir və həmin ailələr torpağa sahib olmasalar onlar 2010-cu ildə çörəksiz qalmaq təhlükəsi ilə üzləşər.
Qarşı tərəf isə bu iddianı “abusrd və ölkədəki sosial-iqtisadi duruma kölgə salmaq cəhdi” kimi dəyərləndirir. Bu mübahisədə zərərçəkmiş kimi tanınan sahibkarlar bildirirlər ki, 56 hektar torpaq sahəsi 144 mülkiyyətçiyə paylanılacağı halda hər mülkiyyətçiyə evlərindən 8-12 kilometr aralıda təxminən 0,39 hektar torpaq sahəsi düşür. Bir hektar taxıl əkilmiş torpaq sahəsindən orta statistik göstəricilərə əsasən 0,39 hektar torpaq sahəsindən ən yaxşı halda 80 manat gəlir əldə edilir. Bu isə o deməkdir ki, hər mülkiyyətçinin həmin torpaqdan il ərzində orta hesabla 32 manat qazanc götürə bilər.
Sahibkar Şirin Şuminov hesab edir ki, icra hakimiyyəti yerli sakinlərin 32 manatlıq gəliri itirməklə aclıq təhlükəsi ilə üzləşə bilməsi barədə iddia ilə dövlətin sosial-iqtisadi sahədə həyata keçirdiyi proqramların effektivliyini şübhə altına alır. Onun sözlərinə görə, icra hakimiyyəti bu iddianı ortaya atmaqla yalnız öz maraqları naminə məhkəməyə düzgün qərar çıxarmaqda təsir göstərməyə çalışır.
Elxan SALAHOV

1127