Xəzər dənizində 1371 monitorinq aparılıb
Yoxlamalar zamanı Xəzər dənizi ilə əlaqəsi olan 341 tullantı axarı qeydə alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2009-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda, 955,08 kilometrlik sahil zolağında (şimaldan-cənubadək) həyata keçirdiyi ekoloji monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, il ərzində Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) çimərlik ərazilərində, dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 4 ekspedisiyada iştirak etməklə 1371 ekoloji monitorinq keçirib. Monitorinq zamanı götürülmüş 4152 su və qrunt nümunələri üzərində 33553 kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji təhlillər aparılıb. Monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 341 axar qeydə alınıb ki, onlardan 310-u sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir. Bu axarlardan götürülmüş nümunələr üzərində müvafiq təhlillər aparılıb və qeydə alınmış ekoloji problemlər haqqında məlumatlar toplanaraq idarə tərəfindən buraxılan bülletenlər vasitəsi ilə aidiyyəti orqanlara çatdırılmışdır.
Prezidentin imzaladığı “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində görülən işlər ötən il olduğu kimi 2009-cu ildə də davam etdirilib. Belə ki, Pirallahı-Sumqayıt sahil zolağı boyu 85 kilometrlik məsafədə Xəzər dənizinə antropogen təsir göstərən axarların qarşısının alınması və çirkab suların təmizlənərək Xəzər dənizinə axıdılması məqsədilə 16 ədəd modul tipli lokal təmizləyici qurğu quraşdırılıb. Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən istismara verilmiş qurğulara mütəmadi monitorinq nəzarəti həyata keçirilib. Həmin qurğuların dənizə çıxışından götürülən nümunələr üzərində təhlillər aparılaraq onların keyfiyyət göstəriciləri haqqında məlumatlar nazirliyin aidiyyəti qurumlarına təqdim olunub.
Elxan SALAHOV

689