Hərrac və müsabiqə torpaq satışını azaldıb
Yeni mexanizmlərin tətbiqindən sonra Abşeron rayonu üzrə 326 müsabiqə keçirildiyi halda, cəmisi 3 hərrac təşkil edilib
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi (İTYİB) “Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi” layihəsi çərçivəsində bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və ya icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində tədqiqat aparıb. Tədqiqat çərçivəsində ötən il avqustun 14-də Salyan və Bərdə rayonlarında keçirilmiş hərrac və müsabiqə prosesinin monitorinqi aparılıb. Həmçinin, hərrac və müsabiqələrlə bağlı Azərbaycanın qanunvericilik bazası araşdırılıb, beynəlxalq təcrübə öyrənilib, ictimai müzakirələr təşkil edilib, müxtəlif qruplar arasında sorğu və müsahibələr keçirilib.
Lent.az-n məlumatına gərə, bu barədə torpaqların hərrac və müsabiqələr vasitəsilə satışının təşkilinin vəziyyətinə dair keçirilən mətbuat konfransında İTYİB-in sədr müavin Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, mövcud qaydalarda bir çox qüsur var və indiki mexanizmlərdə hansı halda hərracların, hansı halda müsabiqələrin keçirildiyi bəlli deyil.
Birliyin eksperti Samir Əliyev isə bildirib ki, Azərbaycanda bələdiyyə torpaqlarının satışından əldə edilən gəlirlər yerli büdcənin əsas gəlir mənbəyi olub. Onun sözlərinə görə, 2002-ci ildə bələdiyyə büdcəsinin 17,5 faizi torpaq satışı və icarəsi hesabına formalaşırdısa, 2004-cü ildə bu göstərici 48,6 faiz, 2005-ci ildə 55,4 faiz, 2007-ci ildə isə 72 faiz təşkil edib: “Maraqlıdır ki, torpaq satışında müsabiqənin payı getdikcə artır. İndiyə qədərki satış prosesinin yalnız 14 faizi hərrac vasitəsilə həyata keçirilib. Məsələn, 2009-cu ildə Abşeron rayonu üzrə 326 müsabiqə keçirildiyi halda, cəmi 3 hərrac təşkil edilib. Müsabiqələrin sayının artmasını və bələdiyyələrin bu metoda üstünlük verməsini hərrac mexanizminin nisbətən ictimaiyyətə daha açıq olması və rəqabət imkanlarının daha real olması ilə əlaqələndirmək olar”.
Ekspert bildirib ki, yeni mexanizmin qüvvəyə minməsi ilə əlaqədar torpaq satışı kəskin azalıb. Belə ki, 2008-ci ildə torpaqlarının satışından əldə edilən gəlirlərin payı 43,5 faizə düşüb. 2009-cu ilin 9 ayında bu göstərici 23,6 faiz təşkil edib. 2009-cu ilin 9 ayında yerli büdcələrə bələdiyyə torpaqlarının özəlləşdirilməsindən cəmisi 3,7 milyon manat həcmində vəsait daxil olub. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə azdır. Samir Əliyevin fikrincə, qanunvericilikdə bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə vasitəsilə satılması mexanizminin tətbiqində əsas məqsəd kimi torpaqdan istifadə və icarə hüquqlarının açıq hərrac və ya müsabiqə yolu ilə alqı-satqısını keçirmək, torpaqların dövriyyəsinin səmərəliliyini yüksəltmək, hüquqi və fiziki şəxslər arasında sağlam rəqabəti təmin etməkdən ibarət olduğu göstərilsə də, Azərbaycanda onun reallaşmasında bir sıra nöqsanlar mövcuddur. Bu nöqsanlar özünü hərrac və ya müsabiqənin bütün mərhələlərində göstərir.
Ekspert bildirib ki, hərrac və ya müsabiqəyə çıxarılan bələdiyyə torpağı sənədləşdirilmə zamanı ikiqat rüsuma cəlb edilir. Belə ki, satışa çıxarılan konkret torpaq sahəsi hərrac və ya müsabiqəyə çıxarılmazdan öncə dövlət reyestrinə salınmaq üçün bələdiyyə tərəfindən müvafiq dövlət qurumuna təqdim edilir və bunun üçün vəsait (həm dövlət rüsumu, həm də xidmət haqqı) ödəyir. Hərrac və ya müsabiqənin nəticəsi olaraq həmin torpaq sahəsini almış şəxs yenidən eyni proseduru keçir və təkrar olaraq eyni həcmdə vəsaiti ödəyir. Sonda isə bir torpaq sahəsi üçün 2 dəfə vəsait ödənilir.
Elxan SALAHOV

883