Sumqayıtda əhalinin 56 faizindən çoxu su sayğacı ilə təmin edilib
14 yanvar 2010 19:45 (UTC +04:00)

Sumqayıtda əhalinin 56 faizindən çoxu su sayğacı ilə təmin edilib

Sumqayıt şəhərində güzəştsiz əhalinin 56,6 faizinin mənzilində su sayğacları quraşdırılıb.

Bu barədə “Azərsu” Səhmdar Cəmiyyətinin Su ölçü cihazlarının istismarı təsərrüfatı və su satışı müəssisəsinin Sumqayıt filialından məlumat verilib. Filialdan Lent.az-a bildiriblər ki, 2009-cu ilin dekabr ayında şəhərin güzəştsiz əhalisinə 452,3 min manat dəyərində içməli su verilib. Bunun müqabilində əhali tərəfindən 294,2 min manat dəyərində ödəniş olub ki, bu da 65 faiz təşkil edir. Ödənişdə iştirak etmiş abonentlərin sayı isə 42940 nəfərdir.

Xatırladaq ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 67684 nəfər abonenti var.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar