Sahibkarlarla qaz müqavilələri bağlanır
14 yanvar 2010 17:00 (UTC +04:00)

Sahibkarlarla qaz müqavilələri bağlanır

1419 müqavilə imzalanıb, proses davam edir


ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhəri Qaz İstismarı İdarəsi Bakı şəhərində təbii qazdan istifadə edən qeyri-əhali qruplarının fasiləsiz və texnoloji rejimə uyğun olaraq təbii qazla təmin edilməsi, eləcə də qaz itkisinin qarşısının alınması məqsədi ilə onlarla “Təbii qazdan istifadə, istismar və ödəniş qaydaları haqqında” müqavilə bağlanılmasını davam etdirir.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 2009-cu ilin oktyabrından başlayaraq artıq qeyri-əhali abonentləri ilə ümumilikdə 1419 ədəd belə müqavilə bağlanıb.

Bu müqavilələrin 145-i Sabunçu rayonu, 126-sı Binəqədi rayonu, 463-ü Xətai rayonu, 190-ı Nəsimi rayonu, 157-si Qaradağ rayonu, 103-ü Nizami rayonu, 100-ü Nərimanov rayonu, 93-ü Suraxanı rayonu, 42-si isə Əzizbəyov rayonunu əhatə edir. Hazırda qeyri-əhali qrupuna aid abunəçilərlə müqavilələrin bağlanması prosesi davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar