Tovuzda Qafqazın ən hündür körpüsü istifadəyə verildi
Tovuzda eyni adlı çay üzərində Qafqazın ən hündür körpüsünün istifadəyə verilib. Körpünün hündürlüyü 35 metr, uzunluğu 278 metr, eni 14 metrdir. Körpü bölgə sakinlərinin təhlükəsizliyini təmin etmək, tranzit maşınların hərəkətlərini gücləndirmək məqsədi ilə Tovuzun mərkəzindən kənarınadək salınan yeni dairəvi yolun üzərində tikilib. Bu yol birbaşa Qırmızı Körpüyə gedən İpək yoluna birləşir. Körpü ən müasir körpüsalma texnologiyası əsasında, əvvəlcədən genişləndirmə üsulu ilə salınıb və beş aşırımlıdır. Orta aşırımlar 63 metr, kənar aşırımlar 4 metr uzunluğundadır. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Tovuz rayon İcra Hakimiyyətindən məlumat verilib.
Körpünün sel sularından və digər fəsadlardan qorunması üçün əlavə tədbirlər görülüb. Dayaqlar və aşırımlar gərginləşdirilib. Körpü tam işıqlandırılıb.
Vüsalə Cənnətova
Körpünün sel sularından və digər fəsadlardan qorunması üçün əlavə tədbirlər görülüb. Dayaqlar və aşırımlar gərginləşdirilib. Körpü tam işıqlandırılıb.
Vüsalə Cənnətova
922