Rusiya gəmilərimizə məhdudiyyət qoymayacaq
25 dekabr 2009 22:15 (UTC +04:00)

Rusiya gəmilərimizə məhdudiyyət qoymayacaq

Qüdrət Qurbanov: “Məsələ yaxın vaxtlarda həllini tapacaq”

Rusiya hökuməti ilə Volqa-Don kanalında Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı kvotanın aradan qaldırılması istiqamətində müzakirə aparılır.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov məlumat verib.

O bildirib ki, məsələ yaxın vaxtlarda həllini tapacaq: “Heç bir halda mövcud kvotanın azaldılmasından söhbət getmir. Ümumiyyətlə, Volqa-Don kanalında Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı məhdudiyyət götürüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730

Oxşar yazılar