AFFA stadionların vəziyyətinin yaxşılaşdırılmasına köməklik edəcək
25 dekabr 2012 15:10 (UTC +04:00)

AFFA stadionların vəziyyətinin yaxşılaşdırılmasına köməklik edəcək

AFFA Tovuz və Gəncə şəhər stadionların ot örtüyünün yaxşılaşdırılmasına köməklik göstərəcək. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə AFFA və PFL-in klublarla keçirdiyi görüş barəsində danışan Bakının “İnter “klubunun prezidenti Georgi Nikolov məlumat verib. O bildirib ki, görüşdə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün vəziyyəti də müzakirə olunub. Bildirilib ki, Sumqayıtdakı stadion iki ay ərzində tam hazır vəziyyətə gətiriləcək.

 

Gəncə və Tovuzdakı stadionların ot örtüyünü bərpasına isə AFFA köməklik edəcək.

 

Bildirilib ki, belə bir görüşlərin ildə iki dəfə keçirilməsi qərara alınıb.

# 553
avatar

Oxşar yazılar