“Xəzər Lənkəran”  daha bir qapıçısı ilə yollarını ayırdı
25 dekabr 2012 10:53 (UTC +04:00)

“Xəzər Lənkəran” daha bir qapıçısı ilə yollarını ayırdı

“Xəzər Lənkəran” qapıçı Kamal Bayramovla yollarını ayırıb. Lent.az-ın məlumatına görə, 2011-ci ilin mayında imzalanan müqaviləyə klubla futbolçunun qarşılıqlı razılaşması əsasında xitam verilib.

 

Lənkəran təmsilçisi qış transferi dövründə bu mövqeyi möhkəmləndirmək məqsədilə yeni qapıçını sıralarına cəlb etməyi planlaşdırır. Bundan başqa, əsas komanda aşağı yaş qruplarından olan gənc qapıçılardan da yararlanmağı nəzərdə tutur.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” yayda daha bir qapıçısı Kamran Ağayevi transferə çıxarıb. Hazırda komandada yeganə qolkiper Orxan Sadıqlı qalıb.

 

# 747
avatar

Oxşar yazılar