“Neftçi”nin müdafiəçisi:  “...təmizəm”
24 dekabr 2012 14:07 (UTC +04:00)

“Neftçi”nin müdafiəçisi: “...təmizəm”

 

“Neftçi”nin futbolçusu İqor Mitreski AZAL klubu ilə oyundakı sarı vərəqə epizodu ilə bağlı danışıb. Lent.az-ın məlumatına görə, makedoniyalı müdafiəçi Topaz Premyer Liqasının XVIII turunda AZAL klubu ilə oyun zamanı baş vermiş epizodda referi Elçin Məmmədovun ona göstərdiyi vərəqədən narazı qalıb.

 

O, həmin epizodda sürüşmə fəndi ilə topu rəqibdən aldığını, lakin baş hakimin oyunu dayandıraraq cərimə zərbəsi təyin etməklə yanaşı sarı vərəqə də göstərdiyini bildirib. Mitreski sürüşmə fəndini təmiz yerinə yetirdiyini iddia edib: “Sarı vərəqənin nə üçün göstərildiyini anlamadım. Beynəlxalq təcrübəmə əsaslanıb deyə bilərəm ki, belə vəziyyətlər sırf oyun epizodu hesab olunur. İnanıram ki, vərəqə epizodu AFFA-nın İntizam Komitəsi tərəfindən araşdırılacaq və ədalətli qərar çıxarılacaq”.

 

Qeyd edək ki, sarı vərəqə qüvvədə saxlanılsa, İqor Mitreski cəzalı duruma düşəcək və “Neftçi”nin “İnter”lə dekabrın 25-də keçirəcəyi görüşü buraxmalı olacaq.

 

# 844
avatar

Oxşar yazılar

"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəldi

"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəldi

13 may 2024 , 01:02
“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır

“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır

12 may 2024 , 12:05
Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir

Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir

11 may 2024 , 18:36
Mourinyo "Fənərbaxça"ya  gəlir

Mourinyo "Fənərbaxça"ya gəlir

11 may 2024 , 16:56
Dünyanın ən çirkin  futbolçuları

Dünyanın ən çirkin futbolçuları

11 may 2024 , 12:22
Dünyanın ən bahalı  on futbol klubu - SİYAHI

Dünyanın ən bahalı on futbol klubu - SİYAHI

11 may 2024 , 09:24
Kilian Mbappe PSJ-dən gedəcəyini  AÇIQLADI  - VİDEO

Kilian Mbappe PSJ-dən gedəcəyini AÇIQLADI - VİDEO

10 may 2024 , 22:28
Mbappenin  uğursuzluğu:   PSJ liderinin çıxışına yekun vuruldu

Mbappenin uğursuzluğu: PSJ liderinin çıxışına yekun vuruldu

10 may 2024 , 15:49