“Bakı”nın qapıçısının vəziyyəti ciddidir
24 dekabr 2012 11:04 (UTC +04:00)

“Bakı”nın qapıçısının vəziyyəti ciddidir

Topaz Premyer Liqasının XVIII turunda “Şəfa” stadionunda “İnter”lə oyun zamanı ciddi zədə alan Edin Nuredineskinin vəziyyəti sabitləşmək üzrədir. Lent.az-ın məlumatına görə, klubun həkimi Rafiq Hüseynov qolkiperin vəziyyətinin bit qədər sabitləşdiyini, bununla belə ciddiliyini qoruduğunu bildirib.

 

O deyib: “Nuredineski hələ də Mərkəzi Gömrük Klinikasında müalicə alır. Hazırda onun vəziyyəti bir qədər sabitləşsə də, ciddiliyini qoruyur. Dekabrın 24-də Nuredineskini bir daha müayinədən keçirəcəyik. Yalnız bundan sonra onun xəstəxanadan nə zaman evə buraxılmacağına aydınlıq gələcək. Edin ciddi zərbə alıb. Onun boyun nahiyəsinə tikiş qoyulub. Beyninə qan sızacağından narahat idik, xoşbəxtlikdən belə hal qeydə alınmayıb”.

 

Qeyd edək ki, oyunun 55-ci dəqiqəsində Edin Nuredineski “İnter”in hücumçusu Samir Zərgərovla toqquşaraq başından ciddi zərbə alıb. Bir müddət huşsuz qalan qapışı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb və tomoqrafiya müayinəsindən keçirilib.

 

Bu arada bir qrup "Bakı" azarkeşi və fan-klub üzvləri Nuredineskini xəstəxanada ziyarət etmək üçün Mərkəzi Gömrük Klinikasına yollanıblar. Ancaq bu görüş həkimlərin israrlı tələbi ilə baş tutmayıb. Müalicə həkimi xəstənin sakitliyə ehtiyacı olduğunu bildirərək azarkeşlərin ona baş çəkməsinə icazə verməyib.

 

# 541
avatar

Oxşar yazılar

"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəldi

"Arsenal" "Mançester Yunayted"i məğlub edərək zirvəyə yüksəldi

13 may 2024 , 01:02
“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır

“Fənərbağça” məşhur məşqçi ilə maraqlanır

12 may 2024 , 12:05
Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir

Modriç nömrəsini Mbappeyə verib "Real"dan gedir

11 may 2024 , 18:36
Mourinyo "Fənərbaxça"ya  gəlir

Mourinyo "Fənərbaxça"ya gəlir

11 may 2024 , 16:56
Dünyanın ən çirkin  futbolçuları

Dünyanın ən çirkin futbolçuları

11 may 2024 , 12:22
Dünyanın ən bahalı  on futbol klubu - SİYAHI

Dünyanın ən bahalı on futbol klubu - SİYAHI

11 may 2024 , 09:24
Kilian Mbappe PSJ-dən gedəcəyini  AÇIQLADI  - VİDEO

Kilian Mbappe PSJ-dən gedəcəyini AÇIQLADI - VİDEO

10 may 2024 , 22:28
Mbappenin  uğursuzluğu:   PSJ liderinin çıxışına yekun vuruldu

Mbappenin uğursuzluğu: PSJ liderinin çıxışına yekun vuruldu

10 may 2024 , 15:49