Mahir Emreli Bakıya  niyə gəlib?
20 dekabr 2021 09:23 (UTC +04:00)

Mahir Emreli Bakıya niyə gəlib?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Vətənə qayıdıb.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın forvardı özü instaqram səhifəsindəki paylaşımı zamanı bildirib.

Varşava klubunda azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan və bu üzdən son iki çempionat matçını buraxan 24 yaşlı futbolçu bacısı ilə birlikdə Bakıya döndüyünü hava limanındakı şəklini paylaşaraq bəyan edib.

Bu isə Polşada qış fasiləsi yaranması ilə əlaqədardır. “Legiya” növbəti matçını fevralın əvvəllərində keçirəcəyindən, Mahir bir neçə günlük istirahət üçün qayıdıb. Ancaq komandada qalmaq istəməyən forvardın bu müddətdə yeni komanda axtarışına çıxması da istisna deyil.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

# 9279
avatar

Oxşar yazılar