31 yaşlı braziliyalı futbolçu, Türkiyənin "Fənərbaxça" klubunun yarımmüdafiəçisi Fred Rodriqes mövsümün debüt oyununda het-trik edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, "Fənərbaxça" Superliqanın 3-cü turunda səfərdə "Rizəspor"u 5:0 hesabı ilə məğlub edib. Fred zədədən sağaldığı ilk oyunda üç qol vurub. Bu oyunda o, 15, 60 və 64-cü dəqiqələrdə qol vuraraq karyerasında ilk dəfə het-trik edib.
Xatırladaq ki, braziliyalı futbolçu Türkiyə klubuna "Mançester Yunayted"dən keçib. Əvvəlki klubda Fred 213 oyunda iştirak edib, 13 qol vurub və 19 məhsuldar ötürmə verib. "Fənərbaxça" ilə müqavilə 30 iyun 2027-ci ilə qədərdir. Transfermarkt-a görə yarımmüdafiəçinin dəyəri 17 milyon avrodur.