Futbol azarkeşlərinə ÇAĞIRIŞ: Avro 2024-də güclü  alman pivəsi   ilə ehtiyatlı olun
01 aprel 2024 09:35 (UTC +04:00)

Futbol azarkeşlərinə ÇAĞIRIŞ: Avro 2024-də güclü alman pivəsi ilə ehtiyatlı olun

Bundan əlavə, Almaniya azarkeşlərə biletləri yalnız rəsmi saytlardan almağı tövsiyə edib.

Almaniya Xarici İşlər Nazirliyi İngiltərə və Şotlandiyadakı futbol azarkeşlərini Avro 2024-də ölkədə pivə istehlakını məhdudlaşdırmağa diqqətli olmağa çağırıb, çünki bu, "Böyük Britaniyadakından daha güclü ola bilər". 

Lent.az-ın xəbərinə görə, bu barədə “The Independent” yazır.

Çempionatın iyun ayında Almaniyada başlayacağı məlumdur, ona görə də mütəxəssislər turnir zamanı ən azı bir dəfə İngiltərədən 55-80 min futbol azarkeşinin Almaniyaya səfər edəcəyini hesab edirlər.

Nəşr qeyd edir ki, iyunun 16-da Qelzenkirhendə baş tutacaq İngiltərə - Serbiya oyunu öncəsi FCDO saytı azarkeşlərə içkiyə məsuliyyətlə yanaşmağı və yerli qanunlardan xəbərdar olmağı tövsiyə edir, çünki həddindən artıq spirtli içki qəbulu stadiona giriş qadağası ilə nəticələnə bilər.

"Pivə Böyük Britaniyadakından daha güclü ola bilər, ona görə də məsuliyyətlə içmək, normada içmək və yerli qanunlara hörmət etmək lazımdır. Əgər çox içsəniz, stadiona buraxılmaya bilərsiniz", - xəbərdarlıqda vurğulanır.

Sayt həmçinin azarkeşlərə oyunlara biletləri yalnız rəsmi təchizatçılardan almağı tövsiyə edib.

"Biletlər elektron olacaq və daxil olarkən onları yoxlamaq üçün mobil telefonunuza ehtiyacınız yaranacaq. Zəhmət olmasa, telefonunuzun doldurulduğundan əmin olun və Almaniyada rouminq ödənişlərini nəzərə alın - səyahət etməzdən əvvəl telefon provayderinizlə əlaqə saxlayın. Qeyri-rəsmi mənbələrdən alınmış oyun biletləri etibarsız ola bilər. Əgər siz qeyri-rəsmi bilet satsanız, cinayət təqibinə məruz qala bilərsiniz”, - mesajda qeyd edilir.

"The Independent" əlavə edib ki, Almaniyada futbol azarkeşlərinə, ümumiyyətlə, oyunlar zamanı oturacaqlarında spirtli içki qəbul etməyə icazə verilir, lakin bu qadağa yüksək riskli oyunlar hesab edilən bəzi Bundesliqa oyunları üçün görünməmiş bir hadisə deyil.

# 1896
avatar

Oxşar yazılar