Qəzaya düşən futbolçunun həyatı təhlükədə -FOTO
29 sentyabr 2012 13:03 (UTC +04:00)

Qəzaya düşən futbolçunun həyatı təhlükədə -FOTO

Almaniyanın “Hoffenhaym” klubunun futbolçusu Boris Vukçeviç avtomobil qəzasına düşüb. Lent.az-ın “Bild”ə istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi sürət həddini aşdığı üçün sükan arxasında idarəetməni itirib.

Nəticədə xorvat əsilli oyunçunun maşını qarşıdan gələn avtomobillə üz-üzə toqquşub. Vukçeviç ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun həyatının təhlükədə olduğu bildirilir.

Qeyd edək ki, Boris Vukçeviç bu mövsüm “Hoffenhaym”ın heyətində 6 oyuna 1 qol vurub.
# 1332

Oxşar yazılar