DÇ-2012: Liverpul Bakıda
29 sentyabr 2012 10:21 (UTC +04:00)

DÇ-2012: Liverpul Bakıda

Lent.az-ın məlumatına görə, iki gün davam edəcək oyunlar nəticəsində ¼ finala yüksələn bütün komandalar müəyyənləşəcək.

İlk 2 turdan sonra heç bir ölkə növbəti mərhələyə vəsiqəni təmin edə bilməyib. Əvəzində Azərbaycan, Qambiya və Uruqvay mübarizədən kənarda qalıb.

Artıq 3-cü turun bütün hakimləri açıqlanıb. Millimiz son oyununu bu gün “Dalğa Arena”da Kanadaya qarşı keçirəcək. Saat 20:00-da başlanacaq matçı uruqvaylı referi Klaudia Umpierres idarə edəcək.

29 sentyabr

17:00. Qambiya - Fransa
“Dalğa Arena”.
Hakimlər: Fino Vulivuli (Fici), Jaqelin Stefenson (Yeni Zelandiya), Vantin Yaqum (Papua-Yeni Qvineya), Alondra Arelyano (Meksika)

17:00. ABŞ - KXDR
“Bayıl Arena”.
Hakimlər: Katalin Kulşar, Yudit Kulşar (hər ikisi - Macarıstan), Monika Lokkeberq (Norveç), Karina Vitulano (İtaliya)

20:00. Kanada - Azərbaycan
“Dalğa Arena”.
Hakimlər: Klaudia Umpierres (Uruqvay), Nadya Veyler, Lusiana Maskarana (hər ikisi - Paraqvay), Katerina Monzul (Ukrayna)

20:00. Kolumbiya - Nigeriya
“Bayıl Arena”.
Hakimlər: Kardella Samuels (Yamayka), Elizabet Agilar (Salvador), Nikasi Liverpul (Qayana), Karolina Radzik-Yohan (Polşa)

30 sentyabr

14:00. Yaponiya - Meksika
“Şəfa” stadionu.
Hakimlər: Moraq Piri (Şotlandiya), Nikolet Bakker (Hollandiya), Yudit Romano (İspaniya), Klaudia Umpierres (Uruqvay)

14:00. Yeni Zelandiya - Braziliya
8 KM stadionu.
Hakimlər: Hyang Ok Ri, Kum Nyo Honq (hər ikisi - KXDR), Linqlinq Çanq (Çin), Aissata Amegi (Toqo)

17:00. Almaniya - Uruqvay
Lənkəran şəhər Mərkəzi stadionu.
Hakimlər: Cillian Martindeyl (Barbados), Suzann Morisse (Kanada), Milaqros Leonarde (Dominikan Respublikası), Etsuko Fukano (Yaponiya)

17:00. Çin - Qana
8 KM stadionu.
Hakimlər: Yana Adamkova, Lusi Ratajova, Adriana Sekova (Çexiya), Karolina Radzik-Yohan (Polşa)
# 1646

Oxşar yazılar