Şahmat üzrə keçmiş dünya çempionu oğurlanıb
28 sentyabr 2012 14:26 (UTC +04:00)

Şahmat üzrə keçmiş dünya çempionu oğurlanıb

Lent.az-ın “Le Figaro”ya istinadən verdiyi məlumata görə, oğul Spasski atasının oğurlandığı və azadlıqdan qeyri-qanuni məhrum edildiyini bildirib.

Övladı ikili vətəndaşlığa malik olmasından yararlanaraq atasını Fransa qanunları müdafiə etmək qərarına gəlib.

Fransada 30 ildən çoxdur yaşayan keçmiş dünya çempionu avqustun 16-da Parisdəki evindən yoxa çıxıb. Ailəsi güman edir ki, Spasski naməlum şəxslər tərəfindən Rusiya səfirliyinə aparılıb və orada ona birdəfəlik pasport verilib. Bundan bir gün sonra “Komsomolskaya Pravda” qəzetində onunla müsahibə dərc olunub. 75 yaşlı şahmatçı qəzetə deyib ki, onunla pis davranan, dərmanla zəhərləyən və Rusiyaya getməyə icazə verməyən qohumlarından qaçıb. O, 2010-cu ildə insult keçirdikdən sonra gəzə bilmədiyindən, müqavimət göstərə bilmədiyini əlavə edib. Şahmatçının sözlərinə görə, Parisdən qaçmağa dostları kömək edib.

Sentyabrın əvvəllərində oğlu atasını Moskva xəstəxanalarının birindən tapıb. O bildirib ki, şahmatçı Rusiyaya necə gəlib çıxdığını yada sala bilməyib və “Komsomolskaya Pravda”dakı müsahibənin həqiqiliyini inkar edib. Xəstəxanada ata Spasskinin yanında özünü onun agenti kimi təqdim edən Valentina Kuznetsova adlı qadın olub. Oğul Spasski Kuznetsovanı ilk dəfə atası Paris hospitalında yatarkən gördüyünü deyib. Qadın həmin vaxt oğul Spasskinin anasını pis rəftarda ittiham edib və Fransa təbabətini tənqid edib. Oğlu atasının oğurlanmasında məhz o qadını günahlandırır.

Qeyd edək ki, Boris Spasski 1955-ci ildə yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb və beynəlxalq qrossmeyster olub. O, 1961 və 1973-cü illərdə SSRİ, 1969-cu ildə dünya çempionluğu qazanıb. Fransaya 1976-cı ildə yollanmasına baxmayaraq, Spasski SSRİ yığmasında çıxış etmək hüququna malik olub.
# 2147

Oxşar yazılar