Sumqayıtda fəhlələr top mərmisi tapdı
15 noyabr 2013 15:29 (UTC +04:00)

Sumqayıtda fəhlələr top mərmisi tapdı

Bu gün Fövqəladə Hallar Nazirliyinin 112 Xidmətindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kompressor zavodu ətrafındakı yaşayış evlərinin yaxınlığında partlayıcı əşya olması barədə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, adıçəkilən qəsəbədəki yeni tikilən yaşayış evlərinə su çəkilişində qazıntı işləri zamanı fəhlələr tərəfindən bir  ədəd  100  millimetr  top  mərmisi  aşkar  edilib.  Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və adıçəkilən əraziyə kənar şəxslərin girişini məhdudlaşdıraraq axtarış əməliyyatına  başlayıblar. Xidmətin mütəxəssisləri tərəfindən aşkar olunmuş top mərmisinə baxış zamanı məlum olub ki, korroziya  uğrayıb  və  döyüş  tətbiqinə  yararsızdır.

 

Aşkar edilmiş mərmi aidiyyəti üzrə hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Adıçəkilən ərazidə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər  partlayış  təhlükəli  əşya  aşkar  olunmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792

Oxşar yazılar