Son 2 gündə Azərbaycan yolları: 10 ölü, 37 yaralı
06 may 2013 14:30 (UTC +04:00)

Son 2 gündə Azərbaycan yolları: 10 ölü, 37 yaralı

 

İstirahət günləri ölkə ərazisində baş vermiş yol qəzaları nəticəsində 10 nəfər dünyasını dəyişib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 5-də respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Mayın 4-də isə baş vermiş 12 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

# 755
avatar

Oxşar yazılar