Şirkətdə oğurluq: 10 ton armatur aparıldı
16 sentyabr 2013 12:14 (UTC +04:00)

Şirkətdə oğurluq: 10 ton armatur aparıldı

Bakıda şirkətdən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindənAPA-ya verilən məlumata görə, iyulun 30-da Məktəbli küçəsində yerləşən “Bakı Tunel Tikinti” Açıq Səhmdar Cəmiyyətin həyətindən 10 ton armatur oğurlanıb, nəticədə ASC-yə 8000 manat dəyərində ziyan dəyib.

 

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Vəliyev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786

Oxşar yazılar