Azərbaycanda həbsxanaya qanunsuz əşya keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, Qobustan həbsxanasında cəza çəkən, CM-nin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Telman Qufran oğlu Bayramova xalası oğlu Üzeyir Mütəllim oğlu Ağarabizadənin gətirdiyi sovqata baxış keçirilib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində “Jilet” üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.