Gürcüstan prezidenti ilk rəsmi səfərini Türkiyəyə etdi
20 yanvar 2014 15:32 (UTC +04:00)

Gürcüstan prezidenti ilk rəsmi səfərini Türkiyəyə etdi

0

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkiyəyə səfərə yollanıb.


 

APA-nın Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi görə, səfər çərçivəsində G. Marqvelaşvilinin Türkiyə prezidenti Abdullah Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşləri nəzərdə tutulur.

 

Görüşdən sonra Türkiyə və Gürcüstan prezidentləri birgə mətbuat konfransı keçirəcəklər.  

 

Bundan başqa, Gürcüstan prezidenti Anıtqəbri ziyarət edəcək, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarına gül qoyacaq.

 

Qeyd edək ki, bu, G. Marqvelaşvilinin prezident postunda ilk xarici rəsmi səfəridir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 737

Oxşar yazılar