Marqvelaşvili: “Azərbaycanla əməkdaşlığımız inkişaf edəcək”
15 noyabr 2013 16:23 (UTC +04:00)

Marqvelaşvili: “Azərbaycanla əməkdaşlığımız inkişaf edəcək”

Bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ölkədə akkreditə olunan bir çox ölkələrin səfirləri ilə görüşüb.


 

Görüşlərdən sonra azərbaycanlı jurnalistlərə açıqlama verən G. Marqvelaşvili Azərbaycan səfiri ilə görüşünün maraqlı keçdiyini bildirib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni prezident qeyd edib ki, Azərbaycandan ünvanına gələn təbriklər onu çox sevindirir: “Azərbaycan prezidenti ilə mövcud  olan münasibətlərimizin davam edəcəyinə əminəm. İnanıram ki, bu vaxta qədər davam edən strateji əməkdaşlığımız daha da inkişaf edəcək”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar