Ər arvadını küçənin ortasında bıçaqladı
18 yanvar 2014 10:40 (UTC +04:00)

Ər arvadını küçənin ortasında bıçaqladı

0

Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 17-də X.Ələkbərov küçəsində Bakı şəhər sakinləri Rəhman Süleymanov qısqanclıq zəminində arvadı Rəsmiyyə Talıbovanın döş qəfəsindən bıçaq xəsarəti yetirib.

Gənc ər-arvad küçədə mübahisə ediblər. Elə bu zaman 35 yaşlı R.Süleymanov arcadını bıçaqlayıb. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları R.Süelymanovu yaxalayıb.

Ağır yaralanmış qadın xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1743

Oxşar yazılar