Xəzər rayonu Binə qəsəbəsində kütləvi dava-dalaş baş verib.
Lent.az-ın məlumatına görə, Binə qəsəbəsi Südçülk sovxozu yaşayış massivində Hüseynov soyadlı 3 qardaş ailə –məişət münaqişəsi zəminində dalaşıb. Olay böyüyüb. Dava-dalaşa ailə üzvləri, başqa qohumlar və qonşular da qoşulub.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Xəzər rayonu Polis İdarəsinin 2-ci bölməsindən Lent.az-a verilən məlumata əsasən, hadisəni törədən qardaşlar polis bölməsinə aparılıb. Xəbərə görə, qardaşlardan biri özünü bilməyəcək dərəcədə sərxoş olub.
Mənbə bildirib ki, hadisənin başqa iştirakçıları da dəqiqləşdirilir.