Azərbaycanda daha bir ana-uşaq ölümü
28 iyun 2013 10:41 (UTC +04:00)

Azərbaycanda daha bir ana-uşaq ölümü

Ötən gecə İsmayıllı rayon Doğum Evində doğuş zamanı ana və uşaq ölüb. Lent.az-ın “milli.az”a istinadən məlumatına görə, xəstəxanaya gecə saatlarında gətirilən 32 yaşlı Şəhla Ağababayevanın və körpənin həyatını xilas etmək mümkün olmayıb. 
 

 

Doğum evinin baş həkim əvəzi Lətif Maqsudov hadisədən bir neçə dəqiqə sonra ölümün səbəbinə aydınlıq gətirib: “Qadının doğuşu normal keçib. Doğuşdan yarım saat sonra tromb əmələ gəlib və qadın vəfat edib. Körpənin ölüm səbəbi isə ekspertiza rəyindən sonra bilinəcək. Şamaxının məhkəmə-tibbi eksperti ilə birlikdə müayinə aparılır”. 

Qeyd edək ki, mərhum Şəhla Ağababayevanın həkimi elə əmisi qızı olub. Onun nəzarətində xəstəxanaya gətirilib və doğuşa götürülüb.

# 1177
avatar

Oxşar yazılar