Xaçmazda evdən meyit tapıldı
12 aprel 2024 09:34 (UTC +04:00)

Xaçmazda evdən meyit tapıldı

Xaçmazda evdən meyit tapılıb.

Lent.az xəbər verir ki, hadisə şəhəri Atabəylər küçəsində qeydə alınıb. Buradakı evlərin birindən 56 yaşlı Poladov İslam Qazıməmməd oğlunun meyiti aşkarlanıb. Meyitin  üzərində zorakılıq əlamətləri olmayıb.

İslam Poladovun uzun müddət şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Araşdırma aparılır.

# 1626
avatar

Mehman Nəbiyev

Oxşar yazılar