Türkiyədə azərbaycanlı qadın bıçaqlandı
17 may 2021 15:51 (UTC +04:00)

Türkiyədə azərbaycanlı qadın bıçaqlandı

Türkiyənin Karaman bölgəsində yaşayan azərbaycanlı qadın bıçaqlanıb.

Lent.az ölkə mediasına istinadən xəbər verir ki, iddiaya görə, yaralanan Ülkər A. evdə birlikdə yaşadığı adı açıqlanmayan bir nəfər ilə dalaşmağa başlayıb. Dava sonunda qolundan və boynundan bıçaqlanan qadın polisə zəng edərək kömək istəyib.

Xəstəxanaya yerləşdirilən azərbaycanlı qadının hazırda vəziyyəti yaxşıdır.

Polis isə hadisəni törədən şəxsi axtarmaq üçün araşdırmalara başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1794

Oxşar yazılar