Şamaxıda qadın sürücü maşını aşırdı : 1 ölü, 9 yaralı var - YENİLƏNİB
13 avqust 2025 20:32 (UTC +04:00)

Şamaxıda qadın sürücü maşını aşırdı: 1 ölü, 9 yaralı var - YENİLƏNİB

Bu gün saat 13:00 radələrində Şamaxı Rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 9 nəfər 4 nəfər (kişi cinsli) və 5 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.

Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.

***

19:09

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində qeydə alınıb. Sürücü Əzimə Rzayevanın “Hyundai” markalı avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə, nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Leyla Qasımova aldığı xəsarətlərdən yerindəcə keçinib. 3-ü azyaşlı olmaqla, 5 nəfər - Dürdanə Nağıyeva və 46 yaşlı Vüsalə İsmayılova xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın soruğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar