Rusiya məktəbində  KÜTLƏVİ QƏTLİAM   -  VİDEO    - YENİLƏNİB
26 sentyabr 2022 23:44 (UTC +04:00)

Rusiya məktəbində KÜTLƏVİ QƏTLİAM - VİDEO - YENİLƏNİB

İjevskdə məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Udmurtiya hakimiyyəti İstintaq Komitəsinə istinadən məlumat yayıb.

“11-i uşaq və 6-sı böyük olmaqla 17 nəfər ölüb”, – məlumatda qeyd edilir.

***

17:17

Rusiya İstintaq Komitəsi müəyyən edib ki, İjevsk şəhərindəki 88 saylı məktəbdə baş verən atışma nəticəsində 11 uşaq və dörd böyük həlak olub. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə idarənin teleqram kanalı məlumat yayıb. 

Yaralıların sayı isə 24 nəfərdir, onların 22-si uşaq, ikisi böyükdür.

***

saat 14:19

Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdə məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu, 34 yaşlı yerli sakin, bu təhsil ocağının məzunu Artyom Kazantsevdir.

"Hazırda Rusiya İstintaq Komitəsinin müstəntiqləri onun yaşadığı yerdə axtarış aparır, hücum edənin şəxsiyyəti, baxışları və ətrafı öyrənilir. Onun neofaşist baxışlarına və nasist ideologiyasına sadiqliyi yoxlanılır", - məlumatda bildirilir.

***

13:31

İjevskdə 88 saylı məktəbdə atışma zamanı yeddi uşaq və altı böyük olmaqla 13 nəfər həlak olub.

Lent.az bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsindən məlumat verilib.

 

Yeddi böyük və 14 məktəbli də yaralanıb.

***

13:54

İjevskdəki 88 saylı məktəbdə atışma zamanı iki müəllim və beş uşaq olmaqla 9 nəfər həlak olub.

Lent.az bildirir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsi məlumat verilib.

Öldürülənlər arasında iki mühafizəçi də var. Hücum edən şəxs intihar edib. Yaralılar və ölənlər barədə məlumat hələ də dəqiqləşdirilir.

***

12:24

İjevsk məktəbində atışma nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər yaralanıb. 

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Atəş açan şəxsin meyiti tapılıb. İlkin məlumata görə, o, intihar edib.

 

***

12:11

Udmurtiyanın İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma zamanı uşaqlar arasında ölən olub. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə respublikanın başçısı Aleksandr Breçalov “Telegram” kanalında məlumat verib.

Bu gün Udmurtiyada faciə baş verib. Naməlum şəxs məktəbə girərək mühafizəçini öldürüb. Uşaqlar arasında da ölən və yaralananlar var”, - deyən Breçalov hazırda təhsil müəssisəsinin şagird və müəllimlərinin təxliyyəsinin başa çatdığını vurğulayıb.

Bu gün səhər saatlarında İjevskdə 88 saylı məktəbdə qara geyimli naməlum şəxs atəş açıb. O, əvvəlcə girişdəki mühafizəçini güllələyib. Naməlum şəxs ən yaxın sinifə gedə bildikdən sonra uşaqlara atəş açmağa başlayıb.

Rusiya məktəbində kütləvi qətliam

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11398

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15