Polis borca görə 33 nəfəri saxladı - KRİMİNAL XRONİKA
30 iyul 2022 11:49 (UTC +04:00)

Polis borca görə 33 nəfəri saxladı - KRİMİNAL XRONİKA

İyulun 29-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 44-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 5-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-dən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 52, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

# 1926
avatar

Fidan İlqar

Oxşar yazılar