Dünyanın ikinci tennisçisi Arina Sobolenkonun sevgilisi, “Salavat Yulayev”in keçmiş məşqçisi Konstantin Koltsov intihar edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə Mayami polisinin mətbuat xidməti xəbər verir.
“Martın 18-də Bal-Harbor polisi və yanğından xilasetmə qüvvələri bir kişinin özünü eyvandan atması səbəbindən St. Regis Bal Harbour Resort hotelinə göndərilib. Heç bir şübhəli hal aşkar edilməyib”, - məlumatda bildirilir.
Konstantin Koltsov Sobolenkoya dəstək olmaq üçün Mayamiyə uçmuşdu.