Məhkəmə klub prezidentinin jurnalistlərə qarşı şikayətini icraata götürmədi
12 dekabr 2024 16:15 (UTC +04:00)

Məhkəmə klub prezidentinin jurnalistlərə qarşı şikayətini icraata götürmədi

Məhkəmə “Sumqayıt” futbol klubunun prezidentinin jurnalistlərə qarşı ərizəsini icraata götürməkdən imtina edib. 

Vəkil Səbuhi Axundov Lent.az-a açıqlamasında bildirib ki, Nərimanov Rayon Məhkəməsi Riad Rəfiyevin jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərova qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina edib.

Qeyd edək ki, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. 

Klub rəsmisi media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2808
avatar

Oxşar yazılar