Reyd
30 noyabr 2021 17:43 (UTC +04:00)

Reyd

Maska taxmayanlar avtobusdan düşürüldü - VİDEO

Bakı şəhərində ictimai nəqliyyatda, həmçinin metroda polis əməkdaşlarını görəndən sonra maskadan istifadə edən şəxslərin aşkar edilməsi istiqamətində mülki geyimli əməkdaşlar tərəfindən reydlər keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirir.

Maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb. Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.  

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.  

Vətəndaşlara müraciət edərək bildiririk ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.  

Bakıda mülki polislər reyd keçirdi

# 1320
avatar

Mehman Nəbiyev

Oxşar yazılar