Magistraturaya ixtisas seçimi başa çatır
05 iyul 2022 00:37 (UTC +04:00)

Magistraturaya ixtisas seçimi başa çatır

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi başa çatır.

Lent.az APA-ya istinadla  xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ixtisas seçimi iyunun 29-dan iyulun 5-i saat 23:59-dək davam edəcək. 

İyulun 5-i saat 00:30-a olan məlumata görə, ixtisas seçimində 11647 nəfər ərizəsini təsdiq edib, onlardan 10664-ü Azərbaycan, 983-ü isə rus bölməsindəndir.

Qeyd edək ki, ixtisaslaşma seçiminə magistraturaya 20 fevral və 29 may 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılır.

Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar iyunun 29-dan iyulun 5-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdır. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

Müsabiqəyə yalnız “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılırlar.

# 2388
avatar

Oxşar yazılar