Göyçayda şəhidin qardaşının  EVİ YANDI
11 may 2022 20:40 (UTC +04:00)

Göyçayda şəhidin qardaşının EVİ YANDI

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay rayonunun Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Ömərli Orxan Elxan oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 105 kvadratmetrlik tavan hissəsi və 35 kvadratmetrlik çardaq hissəsi yanıb.

Alovun qarşısı alınıb, yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, evi yanan Orxan Ömərli 44 günlük Vətən Müharibəsində şəhid olan Kənan Ömərlinin qardaşıdır.

# 1584
avatar

Oxşar yazılar

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

13-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

4 may 2024 , 13:12
Abşeronda ƏMƏLİYYAT:  saxta "Ariel", "Domestos", "Fairy" hazırlanırmış - VİDEO

Abşeronda ƏMƏLİYYAT: saxta "Ariel", "Domestos", "Fairy" hazırlanırmış - VİDEO

4 may 2024 , 12:53
Bakıda "cip" 5-10 km sürətlə  kişini vurub öldürdü

Bakıda "cip" 5-10 km sürətlə kişini vurub öldürdü

4 may 2024 , 12:39
Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı

4 may 2024 , 12:06
Bakıda evdən 7 minlik  OĞURLUQ

Bakıda evdən 7 minlik OĞURLUQ

4 may 2024 , 11:33
Salyanda DƏHŞƏT:  22 yaşlı oğlan özünü asdı

Salyanda DƏHŞƏT: 22 yaşlı oğlan özünü asdı

4 may 2024 , 10:02
Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

Qaxda mağaza sahibindən oğurluq edilib - VİDEO

4 may 2024 , 09:24
Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

Bakının bu yolunda sürət həddi endirildi - YENİLƏNİB

4 may 2024 , 07:45