Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkərdə olan "VAZ 2107" ilə "VAZ 21099" markalı minik maşınları toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.