Rusiyanın Kamçatka vilayətində təhlükəsizlik qüvvələri Yelizovo şəhərinin meri Artem Qaqloşvilini xuliqanlığa görə saxlayıb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Qaqloşviliyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə iş başlanıb.
Qeyd olunur ki, merin adı artıq bir neçə qalmaqalda hallanıb. Belə ki, fevralın 1-də o, yol polisi əməkdaşları tərəfindən saxlanılsa da, tibbi müayinədən keçməkdən imtina edib. 2023-cü ilin dekabrında isə istirahət mərkəzində davaya başlayıb, bu da videoya düşüb.