Dekabrın 15-də saat 18 radələrində Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində A.Şammədliyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Zəfər Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Lent.az xəbər verir ki, sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-ya verilən məlumata görə, araşdırma aparılır.
***
00:41
Xəbər verdiyimiz kimi, Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-21011" markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı daha bir insident yaşanıb.
Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib. Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cü qardaşı, həmin sürücünü qəza törədən yük maşının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib.
Nəticədə köməyə gələn sürücü qol nahiyəsindən bıçaq yarası alıb.
Qolundan bıçaq yarası alan sürücü də xəstəxanaya yerləşdirilib.
***
15.12.2024
19:08
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki nəqliyyat vasitələri toqquşub. Nəticədə onlardan biri idarəetməni itirərək aşıb.
Qəza nəticəsində Biləsuvar rayonun İsmətli kənd sakinləri Əfqan Qarayev və qardaşı Nadir Qarayev xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.