Bakıda "Toyota"nın sürücüsünə quldurluq edib, pulunu aldı
14 sentyabr 2023 11:55 (UTC +04:00)

Bakıda "Toyota"nın sürücüsünə quldurluq edib, pulunu aldı

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 9-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini İ.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobilində pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Cəlilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1740
avatar

Oxşar yazılar