Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
İlkin ehtimala görə, 2000-ci il təvəllüdlü İsmayılov Cahangir Rövşən oğlu çərşənbə tədbiri zaman tonqalın düzgün qurulmadığını irad bildirib.
C.İsmayılov etiraz edən zaman bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin Əməkdaşları araşdırır.