Azərbaycanda axtarışa verilən 97 nəfər  tutuldu
02 aprel 2024 09:35 (UTC +04:00)

Azərbaycanda axtarışa verilən 97 nəfər tutuldu

Aprelin 1-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 79 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

# 1893
avatar

Oxşar yazılar